" Soverşenno sekretno" qəzeti - "Görünür, Moskva Bakıya Qarabağla bağlı söz verib"

2-06-2015, 12:50           
" Soverşenno sekretno" qəzeti - "Görünür, Moskva Bakıya Qarabağla bağlı söz verib"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana söz verib.

Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın məşhur "Soverşenno sekretno" ("Tam məxfi") nəşri yazıb.

Qəzet Elmar Məmmədyarovun Moskva səfərinə toxunaraq yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Məmmədyarov ilə apardığı danışıqların sonunda Qarabağ münaqişəsinin Rusiya üçün prioritet məsələ olduğunu bildirib.

Nəşr iddia edir ki, Lavrovun "Dağlıq Qarabağ problemini hamıya aydın danışıqlar dilinə keçirmək lazımdır" sözləri çox mətləblərdən xəbər verir.

“Münaqişənin həlli çox uzanıb, bunu heç kəs inkar etmir. Razılaşmaya gəlmək üçün real baza var. Bununla hamı razıdır. İndi qarşılıqlı anlayışın konkret həll yollarına çevrilməsi zamanıdır” – deyə Lavrov bildirib.

Lavrov tərəfləri əmin edib ki, Rusiya münaqişənin həlli yollarının tapılmasında kömək etməyə hazırdır.

“Dünən biz bir neçə saat Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına yanaşmanı müzakirə etdik. ATƏT Minsk qrupunun üzvləri Rusiya, ABŞ, Fransa uzun illər apardığı işi də təhlil etdik”.

Qəzet nazirlərin açıqlamasına yer verdikdən sonra bunları yazır.



"Lavrov Rusiyanın Qarabağ münaqişəsinin həllinə əsas mövzu kimi baxdığını açıqladı. Bu, əslində Bakıya açıq mesajdır. Yəni Rusiya da münaqişənin uzanmasından yorulub. Rusiyanın baş diplomatı da “münaqişənin həlli çox ləngiyib, bunu inkar etmirik” deyir.

Lavrov azərbaycanlı həmkarını bu istiqamətdə maksimum addım atacaqlarına inandırdı. Bütün bunlar ictimaiyyətə açıqlanan məsələlərdir. Halbuki Məmmədyarovla Lavrov bağlı qapılar arxasında daha ciddi müzakirələr aparıblar. Mediaya açıqlamalarında xoş münasibətləri qapalı görüşün uğurlu keçdiyini deməyə əsas verir. Görünür, Moskva Bakıya Qarabağla bağlı söz verib"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.