34 YAŞINDA MAYOR RÜTBƏSİ, QISA MÜDDƏTDƏ “TOPDAĞITMAZ” SƏRVƏT ƏLDƏ ETDİ – Şəmkir Polis Şöbəsinin əməkdaşı haqda şok iddialar / Foto
19-09-2024, 15:18
“Daxili İşlər Nazirliyinin (DİN) Şəmkir rayon Polis İdarəsinin Maliyyə şöbəsinin rəisi Sabirov Sabir Elbar oğlu az müddətdə “topdağıtmaz” sərvətə sahib olub”.
Hurriyyet.az-a bu haqda məlumat verən mənbə iddia edir ki, S.Sabirov 34 yaşına çatar-çatmaz mayor rütbəsini də sahib olduğu sərvət hesabına ala bilib: “İndi polislər var ki, mayor rütbəsinə layiq olsa da, hətta böyük sücaət göstərsə belə, az müddətə, yəni 34 yaşına qədər bunu ala bilmirlər. Bu maliyyəçi isə hal-hazırda Gəncədə, İsmət Qayıbov küçəsi 154-də özünə möhtəşəm qəsr də tikdirib.
Bundan əlavə, onun İzan küçəsində daha bir mülkü, ADAU-nun yeni tikilən binasında evi, Heydər Əliyev küçəsində yerləşən tikilidə daha bir evi, Bakıda bir neçə mənzil, hətta “Avtozavod” qəsəbəsində obyekti belə var.
Sual olunur, səhhətində ciddi problemi olan bir məmur bu qədər sərvəti DİN-də necə qazanır?!
Onu da qeyd edək ki, Sabir Sabirovun yeznəsi Məmmədzadə Elnur Əlxan oğlu da Bakı şəhər Dövlət Yol Polisində Kameralara nəzarət şöbəsində məsul vəzifədə çalışır. O da 34-35 yaşında mayor rütbəsi alıb. Çəkisi 150 kiloqramdan artıqdır ki, əskik deyil. Bəs, bu mayor polislər hər il Tibbi Komissiyadan necə keçirlər?!
Əgər DİN rəhbəri Vəlayət Eyvazov, yaxud da Hesablama Palatası Şəmkir Rayon Polis Şöbəsində maliyyə, audit yoxlaması aparsa, Sabir Sabirovun bu qədər sərvəti, bahalı markalı avtomobilləri hardan alması mütləq ortaya çıxacaq”.
Hurriyyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.