Mən bilirəm ki, sən xalqıma nə etmisən!
16-04-2025, 16:54

İrlandiya uzun illərdir İngilislərin nəzarətində olan bir dövlətdir.
Tarix boyu İrland xalqı İngilis monarxlarından çox zülmlər çəkiblər. İrland xalqının azadlıq mübarizəsini qanla boğublar. Orta əsrlərdə İrlandiyada baş verən "kartof qripi" nəticəsində minlərlə İrland acından ölüb və kral ailəsi bir dəfə də onlara yardım etməyib.
İrlandlar Amerika, Avstraliya və Yeni Zelandiyaya sürgün ediliblər və o dövrdə yer üzünün cəhənnəmi adlanan bu yerlərdə yüzlərlə İrland yerli xalqların qurbanı olublar.

İrlandiya Azadlıq ordusu mübarizəsi indi də davam edir və Olster mübahisəli bir yer olaraq qalır. Hətta 1920-ci illərdə ingilislər əlləri cibində gəzən hər bir irlandlını öldürmək hüququna malik idi.
Bundan irəli gələrək bu gün dünyada nüfuz qazanan İrland əsilli idmançılar, aktyorlar, alimlər, ictimai xadimlər və digərləri ingilis monarx ailəsinin üzvü ilə görüşən zaman əllərini ciblərinə qoyurlar. Bununla onlar tarixlərində xalqlarının başına gələnləri unutmadıqları mesajı verməklə sanki deyirlər :
-Mən bilirəm ki, sən mən xalqıma nə etmisən !!
Bu cürə mübarizə aparan xalq hər cürə alqış və hörmətə layiqdir. Tarixini unutmayan xalqın tarixin sonuna qədər yaşamaq haqqı var.
Zaur Əliyev, dosent
TEREF