Ukraynada son VƏZİYYƏT: "Ən çox ölümə səbəb olan hücum idi" (VİDEO)
15-04-2025, 09:08
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, aprelin 13-də Sumı şəhərinə edilən hava hücumu nəticəsində ölənlərin sayı 36-ya çatıb, dağıntılar altından çıxarılanların sayı isə 100-ü keçib.
Jurnalist əlavə edib ki, bu, son bir ildə ən çox insan itkisinə səbəb olan hava hücumlarından biri hesab olunur:
"Sumıda böyük bir küçə demək olar ki, Yer üzündən tamamilə silinib. Məlumata görə, hazırda hücumla əlaqədar bir neçə qurumda dövlət bayrağı endirilib, matəm elan olunub".