Putinlə danışan bu şəxsə Rusiyada vətəndaşlıq veriləcək - Video
16-04-2025, 17:34

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Almaniyadan Vladimir vilayətinə köçən aşpaz Maksim Jitnikovun Rusiya vətəndaşlığını almasına kömək edəcək.
32gun.az bildirir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi İrina Volk öz Telegram kanalında məlumat verib.
O vurğulayıb ki, DİN-in Vladimir vilayəti üzrə Baş İdarəsinin Miqrasiya Məsələləri üzrə İdarəsinin əməkdaşları Jitnikova vətəndaşlıq almaqda zəruri köməkliyi göstərəcəklər.
Nazirlik nümayəndəsi qeyd edib ki, hazırda Almaniya vətəndaşı Perm diyarında qeydiyyatdadır. O bildirib ki, Jitnikov Rusiya vətəndaşı ilə evlidir və onların iki övladı var.
Volk əlavə edib ki, onun Rusiya vətəndaşlığını alması məsələsi Rusiya DİN-in Baş Miqrasiya İdarəsinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Aprelin 15-də Rusiya prezidenti Vladimir Putin Vladimir vilayətinin Dobroqrad qəsəbəsinə köçən Almaniya vətəndaşı ilə alman dilində danışıb.
Almaniya Federativ Respublikasının vətəndaşı dövlət başçısından Rusiya vətəndaşlığını almaqda kömək istəyib. Cavab olaraq Putin məsələni həll edəcəyinə söz verib, məlumatda belə deyilir.