Çində dünyanın ən nəhəng konteyner gəmisi istismara verilib

Bu gün, 11:21           
Çində dünyanın ən nəhəng konteyner gəmisi istismara verilib
Çin Dövlət Gəmiqayırma Korporasiyası dünyanın ən böyük dəniz konteyner gəmisini istismara verib.

Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

Gəmi eyni vaxtda 24 min standart konteyneri, çəkisi 220 min tona qədər olan yükləri daşıya bilir. Konteyner gəmisi Şərqi Asiyadan Avropaya yük daşıyacaq.

Qeyd olunur ki, hündürlüyünə görə bu konteyner gəmisi 25 mərtəbəli binaya bərabər ola bilər. Onun mühərrikləri mayeləşdirilmiş təbii qazla işləyir və yanacaq doldurduqdan sonra gəmi 20 min dəniz mili (37 min km-dən çox) məsafə qət edə bilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.