Bu ölkənin ali məhkəməsi transgenderlərlə bağlı qərar çıxarıb

17-04-2025, 15:14           
Bu ölkənin ali məhkəməsi transgenderlərlə bağlı qərar çıxarıb
Birləşmiş Kralllığın ali məhkəməsi transgenderləri qadın olaraq tanımaqdan imtina edib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata əsasən, “Şotlandiya qadınları naminə” (For Women Scotland, FWS) təşəbbüs qrupu, Edinburq məhkəməsinin cinsi azlıqlarla bağlı qərarından ali məhkəməyə şikayət etmişdi. Belə ki, Edinburq məhkəməsi işə qəbul baxımından transgenderlərin bioloji qadınlar kimi bərabər kvotalara malik olduğunu qət etmişdi.

Bu qərarla razılaşmayan fəallar məsələni ali məhkəməyə çıxararaq, mübahisədən qalib ayrılıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.