ABŞ Suriyada hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb

17-04-2025, 09:18           
ABŞ Suriyada hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb
ABŞ Suriyada ən böyük “Koniko” qaz yatağının yaxınlığında yerləşən hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb.

İndex.az xəbər verir ki, bu barədə “Al-Araby Al-Jadeed” qəzeti yazır.

“ABŞ ordusu bir neçə gün əvvəl Deyr əz-Zor vilayətindəki “Koniko” yatağındakı bazadan öz qüvvələrinin çıxarılması üzrə əməliyyata başlayıb. Son vaxtlar hərbi bazadan qüvvələrin tam çıxarılması planı çərçivəsində iki karvan bazanı tərk edib”, – məlumatda bildirilib.

CBS bu yaxınlarda xəbər vermişdi ki, Vaşinqton Suriyada hərbi mövcudluğunu azaltmağı və buna 2 min nəfərlik heyətin bir hissəsini çıxarmaqla nail olmağı planlaşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.