Ağ ev: ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər

17-04-2025, 15:18           
Ağ ev: ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər
Vaşinqton administrasiyası Çindən ABŞ-yə gələn müəyyən növ mallara 245 %-ə qədər rüsum tətbiq edə bilər.

Bu barədə Ağ evin mətbuat xidmətinin “X” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

Paylaşımda Ağ evin Çinə münasibətdə tətbiq etdiyi tariflərin siyahısı açıqlanıb. Buraya “125%-lik cavab rüsumları”, fentanil böhranı ilə mübarizə üçün 20 % rüsumlar və 1974-cü il Ticarət Aktının 301-ci bölməsinə əsasən müəyyən məhsullar üzrə 7,5 %-dən 100 %-ə qədər olan rüsumlar daxildir. Bu akt ABŞ Prezidentinə ABŞ tərəfinin digər ölkələrin milli ticarətində mövcud olduğuna inandığı məhdudiyyətlərə qarşı çıxmaq üçün bütün lazımi tədbirləri görmək səlahiyyəti verir.

Xatırladaq ki, Amerika lideri Donald Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Eyni zamanda, ABŞ prezidenti Çin məhsullarına rüsumları 125 %-ə qaldırıb. Bundan əvvəl isə Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizə üçün kifayət qədər səy göstərmədiyi iddiası ilə əlavə 20 % tarif tətbiq edilmişdi.

Çinin Ticarət Nazirliyi daha əvvəl bildirmişdi ki, Pekin ABŞ-nin tarif rəqəmləri oyununu ciddi qəbul etmir, lakin maraqlarına həqiqətən də zərər vurularsa, buna ciddi cavab verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.