Polşa Fələstin dövlətini tanıdığını elan edib

17-04-2025, 10:18           
Polşa Fələstin dövlətini tanıdığını elan edib
Polşa Fələstin dövlətini rəsmi şəkildə tanıyır. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski məlumat verib.

İqtisadiyyat.az xəbər verir ki, onun sözlərini ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

“Polşa İsrailin mövcudluq hüququnu və fələstinlilərin hüquqlarını tanıyır. Bizim Varşavada (Fələstin) səfirliyimiz var”, – deyə Sikorski vurğulayıb.

Nazir əlavə edib ki, Varşava Qəzza zolağında baş verən münaqişənin dayandırılması ilə bağlı səyləri dəstəkləyir.

Xatırladaq ki, bu ilin 9 aprel tarixində Fransa Prezidenti Emmanuel Makron yay aylarında Parisin də Fələstini dövlət kimi tanıya biləcəyini bəyan etmişdi.

2024-cü ilin mayında isə Norveç, İrlandiya və İspaniya Fələstin dövlətini tanımaq qərarına gəldiklərini açıqlamışdılar. Həmin ölkələr əvvəllər bu addımı Yaxın Şərq münaqişəsi həll olunmadan atmaq istəmirdilər, lakin sonradan bu qərarın sülh sazişinin imzalanmasına yaxınlaşdıracağına inanaraq mövqelərini dəyişmişdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.