İran və ABŞ danışıqları Cenevrə və Omanda davam etdirəcək

21-04-2025, 17:34           
İran və ABŞ danışıqları Cenevrə və Omanda davam etdirəcək
İran və ABŞ arasında danışıqların növbəti iki raundu gələn həftə Cenevrədə, bir həftə sonra isə Omanda keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.

“Növbəti rəsmi danışıqlar Cenevrədə baş tutacaq, ardınca gələn həftəsonu Omanda yüksək səviyyəli daha bir diplomatik görüş keçiriləcək”, - nəşr yazıb.

Qeyd edək ki, aprelin 12-də Omanda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında dolayı danışıqların birinci raundu keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru