Silahlı insident baş verdi - Ölən və yaralananlar var

31-10-2016, 22:25           

İranın Kohgiluyə və Boyer-Əhməd əyalətində, Bəhməi şəhərində baş vermiş atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, 3 nəfər maskalı şəxs “Pejo” markalı avtomobil ilə Bəhməi şəhərinin Likək qəsəbəsində məhkəmənin qarşısında avtomat silahla insanlara atəş açıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağırdır.

Silahlı şəxslər Xuzestan əyaləti istiqamətində qaçarkən yolda qəzaya uğrayıblar. Qəza nəticəsində hücum edən şəxslərdən biri həyatını itirib. Cinayəti törədən digər iki nəfər isə həbs olunub.

Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.