Moskvada daha bir oliqarx saxlanıldı

Bu gün, 08:14           
Moskvada daha bir oliqarx saxlanıldı
Rusiya paytaxtı Moskvada Ural oliqarxı - "Oblkommunenerqo" enerji şirkətinin sahibi Aleksey Bobrov saxlanılıb. O, dələduzluqda şübhəli bilinir.

Bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, Bobrov cinayət işində şübhəli qismində bilinir və artıq Moskvadan Yekaterinburqa köçürülüb. Həmçinin onun paytaxtdakı evlərində və ofisində axtarışlar aparılıb.

Eyni zamanda, onun həmkarları, "Oblkommunenerqo"nun direktorlar şurasının sədri Tatyana Çernıx, törəmə şirkətin rəhbəri Artyom Noskov və "Oblkommunenerqo"nun keçmiş rəhbəri Anton Bolikov da saxlanılıb.

Onların hamısı konsessiya müqavilələri çərçivəsində büdcə vəsaitlərinin mənimsənilməsində şübhəli bilinirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru