Koalisiya qüvvələri Suriyanın Raqqa şəhərinə hücuma hazırlaşır:"Vaxtı çatıb"

1-11-2016, 10:22           

Koalisiya qüvvələri yaxın həftələrdə Suriyanın Raqqa şəhərinə hücuma keçə bilər.

Bu barədə bazar ertəsi ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Piter Kuk məlumat verib.

"Raqqaya hücum yaxın həftələrdə başlayacaq. Biz hesab edirik ki, hazırda bu istiqamətdə İŞİD-ə təzyiq göstərməyin vaxtı çatıb", – deyə o bildirib.

Raqqa İraq və Suriya ərazisinin bir hissəsini işğal edən İŞİD terror qruplaşmasının əsas dayaq məntəqəsidir. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru