Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu

1-11-2016, 13:40           

Rövşən Lənkəranskinin qətlinin detalları məlum olub. Ölkə.Az xəbər verir ki, cinayət işinin araşdırılması İstanbul prokurorluğunun müstəntiqləri ilə paralel Caniyevin kriminal fəaliyyətinin davam etdiyi Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də araşdırılıb.

Rusiyalı müstəntiqlərin ortaya çıxardığı faktlara əsasən Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri Moskvada qətlə yetirilmiş Canpolad Şamil oğlunun yaxınlarıdır (Canpoladın soy adı göstərilməyib).

Məlumata görə, Canpolad Rusiyada "göyərti kralı" kimi tanınıb və Rövşən Caniyevin meyvə-tərəvəz bazalarını nəzarətə götürmək üçün başladığı kriminal müharibənin qurbanlarından biri məhz o olub. Ehtimala görə, Canpoladın yaxınları və biznes şərikləri onun ölümündə Rövşənin əli olduğunu müəyyən ediblər və ona ölüm hökmü çıxarıblar.

Xatırladırıq ki, "göyərti kralı" Canpolad Şamil oğlu bu ilin yazında Moskvada naməlum killerlər tərəfindən güllələnmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru