İraq ordusu Mosula şimal və şərq istiqamətlərindən daxil olub

1-11-2016, 21:09           
İraq ordusu Mosula şimal və şərq istiqamətlərindən daxil olub
İraq ordusunun antiterror dəstələri Mosulun şərqində yerləşən Əs-Səmah rayonunu İŞİD qruplaşmasının terrorçularından tamamilə təmizləyib.

"Report" RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli "Əl-İrakiya" telekanalı məlumat verib.

Bildirilib ki, hərbçilər həmçinin İŞİD silahlılarını Mosulun şərqində yerləşən Kökcəli məhəlləsindən də çıxarıblar.

Bununla yanaşı, İraq hərbçiləri Mosulun şimalından da şəhərə daxil olublar. Bu barədə "As Sumaria" kanalı ölkənin Silahlı Qüvvələrinin birləşmiş komandanlığına istinadən xəbər verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru