ABŞ-dan kürdlərə ölümcül zərbə

2-11-2016, 11:40           

Suriyanın Rakka şəhərində aparılacaq hərbi əməliyyatlar öncəsi ABŞ PYD/YPG qüvvələrinə silah verməkdən imtina edib.

Axar.az xəbər verir ki, Vaşinqtonun bu addımı atmasına səbəb Türkiyənin təzyiqi olub. Məhz rəsmi Ankara ilə aparılan danışıqlardan sonra ABŞ kürd qüvvələrini silahlandırmağı təxirə salıb.

“Vaşinqton Post” qəzetinin yaydığı xəbərə görə, Türkiyə Suriya əməliyyatlarında ABŞ-a dəstək verəcəyini öhdəsinə götürüb.

Xatırladaq ki, Pentaqon yaxın günlərdə Rakka əməliyyatına başlayacağını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru