Mosulla Rakkanın əlaqəsi kəsildi

2-11-2016, 23:37           
Mosulla Rakkanın əlaqəsi kəsildi
İraqda şiə özünümüdafiə dəstələri Mosulla Suriyanın Rakka şəhərini birləşdirən yolu nəzarət altına alıblar. “Associated Press” agentliyinin verdiyi xəbərə görə, bu barədə özünümüdafiə dəstələri nümayəndəsi Cəfər Hüseyni bildirib.

Onun sözlərinə görə, Suriyadan hərbi təchizat məhz bu yolla terrorçulara çatdırılır.

Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb.

Əməliyyatda İraq ordusu, kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.

Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru