Yekaterinburqda İİV epidemiyası elan edildi! - Rəsmi

2-11-2016, 23:49           
Yekaterinburqda İİV epidemiyası elan edildi! - Rəsmi
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində (Sverdlovsk vilayəti) rəsmi olaraq, insan immun defisiti virusu (İİV) epidemiyası elan olunub. Ura.ru saytı xəbər verir ki, şəhərin hər 50 sakinindən biri bu infeksiyaya yoluxub.

Bu barədə rəsmi məlumatı Yekaterinburq şəhəri səhiyyə idarəsi rəisinin birinci müavini Tatyana Savinova verib. Onun sözlərinə görə, şəhərin hər 100 min nəfər sakinindən 1826 nəfəri, başqa sözlə, şəhər əhalisinin 1,8 faizi bu xəstəliyə mübtəla olub.

«Biz artıq bu infeksiyanın yayılmasının ən yüksək mərhələsinə («generallaşma» mərhələsi) çatmışıq ki, bu mərhələdə ərazidə yoluxmaların sayı 1,0 faizi ötür» – deyə, Savinova əlavə edib.

Xəbər verilir ki, Yekaterinburqda 26693 İİV-infeksiya hədisəsi qeydə alınıb, ancaq bu, yalnız rəsmi məlum olanlardır, real vəziyyət daha acınacaqlıdır.

Yoluxmaların səviyyəsi Dəmiryolçular rayonunda (2,0 faiz) daha yüksəkdir, Lenin və Kirov rayonlarında isə 1,5 faizə yaxındır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru