Müxaliflər hücuma keçdi: İranlılardan xəbər yoxdur

3-11-2016, 20:04           

Suriyanın Hələb şəhərində müxaliflərin əks hücuma keçməsi nəticəsində Bəşər Əsədə sadiq qüvvələr və onları dəstəkləyən İran hərbçiləri böyük itki verib.

Axar.az xəbər verir ki, “Fəth Ordusu” blokunun 4 avtomobillə hücum təşkil etməsi nəticəsində rejim qüvvələri geri çəkilməyə başlayıb.

İran mediası isə bir çox iranlı komandandan xəbər alınmadığı barədə məlumat yayıb.

Qeyd edək ki, Əsəd qüvvələri bir neçə müddətdir ki, Hələbdə 275 mindən çox insanı mühasirədə saxlayırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru