Rusiyalı deputatın köməkçisi Suriyada həlak olub

4-11-2016, 00:14           

Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal-Demokrat Partiyasının funksioneri Mixail Deqtyarovun köməkçisi Sergey Morozov martda Suriyada həlak olub.

Milli.Az Reuters-ə istinadən bildirir ki, Suriyadakı Palmira şəhərinin yaxınlığındakı döyüşdə yaralanan S.Morozov xəstəxanaya aparılarkən yolda keçinib.

“Sergey vətəni Kubana qayıtmışdı. Kazak idi. Hərbçi deyildi, xırda sahibkarlıqla məşğuldu. Onunla son vaxtlar əlaqəm yoxdu. Bilirdim ki, könüllü olaraq Donbasa yollanıb, orada vuruşub”, – M.Deqtyarov deyib.

S.Morozovun Suriyada “Vaqnerin dəstəsi” kimi tanınan özəl hərbi dəstənin tərkibində vuruşduğu aşkarlanıb.

“Vaqner” kimi tanınan şəxsi Dmitri Utkindir. Utkinin dəstəsi Krasnodar diyarındakı Molkino poliqonunda təlim keçəndən sonra Suriyaya yollanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru