“Ukraynada Rusiyanın gələcəyi üçün savaşırıq” –PUTİN

Bu gün, 11:44           
“Ukraynada Rusiyanın gələcəyi üçün savaşırıq” –PUTİN
“Qərb siyasətçiləri Rusiyaya qarşı nə qədər düşmənçilik hərəkətləri həyata keçirməyə davam etsələr, bu, onlar üçün bir o qədər pis olacaq”.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Xalq Cəbhəsi forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya PUA-ları 2 milyard dollardan çox dəyərində olan düşmən texnikasını məhv edib. “Ukraynaya silah göndərən Qərb hökumətləri öz vətəndaşlarının pullarını nəyə xərclədiklərini düşünməlidirlər”, -deyə Putin əlavə edib.

Putin Ukraynaya müdaxilənin əsas məqsədini “Rusiya üçün təhlükəsiz və dinc gələcək qurmaq” adlandırıb: “Bizim uşaqlar cəbhədə bunun üçün savaşırlar.”

Putin bildirib ki, bütün Rusiya cəbhəyə dəstək verir. “Bütün rusların qəlbi cəbhədə olan oğlanlarla və sevdikləri ilədir. Ruslar birlikdə öz ədalətlərində və birliyində nəhəng, sarsılmaz qüvvədir.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.