Tramp bu ölkələrdə də 25 faiz rüsum tətbiq edəcəyini bəyan edib

Bu gün, 00:12           
Tramp bu ölkələrdə də 25 faiz rüsum tətbiq edəcəyini bəyan edib
ABŞ Prezidenti Donald Tramp, Yaponiya və Cənubi Koreyadan idxal olunan mallara avqustun 1-dən etibarən 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
İqtisadiyyat.az xəbər verir ki, Tramp bu barədə sosial media platformasında paylaşım edib. Bildirib ki, bu qərar ABŞ istehsalçılarını və daxili bazarı qorumaq məqsədi daşıyır.

Trampın sözlərinə görə, Yaponiya və Cənubi Koreya məhsulları, xüsusilə avtomobil sənayesi sahəsində, Amerika bazarına ədalətsiz şərtlərlə daxil olur və bu, ölkə sənayesinə zərər vurur. Bu səbəbdən, ABŞ hökuməti əlavə rüsum tətbiqi ilə ticarət balansını bərpa etməyi və yerli istehsalı stimullaşdırmağı hədəfləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.