Britaniya Ukraynaya 5 mindən çox “Thales” zenit raketləri təqdim edəcək Bu gün, 11:24 Böyük Britaniya “Thales” şirkəti tərəfindən istehsal edilən 5 mindən çox zenit raketinin Ukraynaya tədarükü barədə müqavilə imzalayıb."Report" xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında bildirilib.Müqavilədə nəzərdə tutulur ki, ölkə 19 il ərzində Ukrayna üçün ümumi dəyəri 2,5 milyard funt-sterlinq olan raketlər istehsal edəcək.Hava hücumundan müdafiə sistemləri üçün raketlər barədə müqavilə Romada Ukraynanın bərpası üzrə konfransda imzalanacaq.Həmçinin, Britaniya 2026-cı ilə ərzində Ukraynaya 283 milyon funt-sterlinqə qədər ikitərəfli yardım göstərəcək. Facebook-da paylaş