İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"
11-07-2025, 11:38
ABŞ və İsrailin hücumlarından sonra İranın zənginləşdirilmiş uran ehtiyatlarının bir qismi qalıb.
Bu barədə "The New York Times" yüksəkvəzifəli israilli məmura istinadən məlumat yayıb.
Bu qiymətləndirmə İranın nüvə proqramını bərpa etməsinin nə qədər vaxt aparacağını müəyyən etməyə çalışan ekspertlər tərəfindən verilib.
Qəzetin yazdığına görə, nüvə silahı yaratmaq üçün yararlı olan zənginləşdirilmiş uranın olduğu yeraltı anbarlar İran nüvə mühəndisləri üçün əlçatan olaraq qalır.