Rusiya Ermənistana qaz nəqlini bərpa etdi

Bu gün, 11:34           
Rusiya Ermənistana qaz nəqlini bərpa etdi
Gürcüstanda qəza-bərpa əməliyyatları başa çatdıqdan sonra Rusiya Federasiyasından Ermənistan Respublikasına təbii qazın tədarükü bərpa edilib.

Publika.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” ın mətbuat xidməti məlumat yayıb.

“İyulun 26-da saat 13:40-da Şimali Qafqaz-Zaqafqaziya tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində təcili bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Gürcüstanda müvəqqəti olaraq dayandırılan təbii qazın Ermənistana tədarükü bərpa edilib”, - deyə mətbuat xidmətindən bildirilib.

İyulun 24-də şirkət Gürcüstanda fövqəladə bərpa əməliyyatları ilə əlaqədar iyulun 24-dən 26-dək Rusiyadan Ermənistana təbii qazın nəqlinin müvəqqəti dayandırıldığını elan edib. Həmin vaxt “Qazprom Ermənistan” istehlakçılara qazın nəqlinin heç bir məhdudiyyət olmadan, mövcud ehtiyatlardan və İran İslam Respublikasından gələn qazdan istifadə etməklə normal rejimdə həyata keçiriləcəyinə inandırıb.

Ümumi uzunluğu 612 kilometr olan Şimali Qafqaz-Zaqafqaziya qaz kəməri Gürcüstan ərazisindən keçməklə Rusiyadan Ermənistana keçir. O, 1988-ci ildə tikilib. Bu qaz kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru