Kambocanın baş naziri Tailand ilə atəşkəs razılaşmasını təsdiqləyib

Bu gün, 11:16           
Kambocanın baş naziri Tailand ilə atəşkəs razılaşmasını təsdiqləyib
Kamboca və Tailand ABŞ Prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə dərhal və qeyd-şərtsiz atəşkəs barədə razılığa gəliblər.

TASS xəbər verir ki, bu barədə Kambocanın Baş naziri Hun Manet Trampla telefon danışığından sonra sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, ABŞ lideri münaqişə nəticəsində insan ölümlərindən ciddi narahat olduğunu bildirib və sülhə sadiqliyini bir daha vurğulayıb.

Tramp Tailandın Baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçayla danışdıqdan sonra Hun Manetə bildirib ki, Tailand hökuməti də atəşkəs təklifini qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru