Böyük Britaniyada miqrantların yerləşdirildiyi hotellərə qarşı etiraz aksiyaları keçirilib Bu gün, 11:36 Böyük Britaniyada miqrantların yerləşdirildiyi hotellərə qarşı etiraz aksiyaları təşkil olunub.Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.Aksiyalar ölkəyə qanunsuz girişin artması və bununla bağlı yaranan ictimai narazılıq fonunda baş tutub.Məlumata görə, son üç ayda iki miqrant seksual xarakterli cinayətlərə görə məhkəmə qarşısına çıxarılıb.Norviç şəhərindəki qadınlar bildiriblər ki, miqrantlar üçün ayrılmış hotellər onların özlərini təhlükəsiz hiss etməmələrinə səbəb olur.Qeyd edək ki, 2024-cü ilin oktyabrında Böyük Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci yeri tutub. Facebook-da paylaş