Pavel Durov Fransada yenidən dindirilib

Bu gün, 10:44           
Pavel Durov Fransada yenidən dindirilib
“Telegram”ın təsisçisi Pavel Durov Paris məhkəməsində dindirilib.

“Report” xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, o, "platformanın cinayət fəaliyyətində mümkün iştirakı" ilə bağlı yenidən dindirilib.

Məlumata görə, P.Durov dörd vəkilin müşayiəti ilə yerli vaxtla səhər saat 10 radələrində (Bakı vaxtı ilə günorta - red.) Paris məhkəməsinə gəlib.

Sosial şəbəkənin qurucusu və onun vəkilləri bu məlumatı şərh etməkdən imtina ediblər.

Xatırladaq ki, 2024-cü ilin avqustunda P.Durov Paris hava limanında saxlanılıb. Ona qarşı Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etdiyi üçün altı maddə ilə ittiham irəli sürülüb. P.Durov 5 milyon avro məbləğində girov ödəmək və ölkəni tərk etməmək öhdəliyi ilə sərbəst buraxılıb. Dekabrda Paris məhkəməsi onu ilk dəfə işin mahiyyəti üzrə dindirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru