BMT Rusiya əleyhinə qətnamə qəbul etdi

21-12-2016, 09:06           

BMT Baş Assambleyası səs çoxluğu ilə Krımda insan haqlarını pozulduğunu əks etdirən və beynəlxalq müşahidəçiləri yarımadaya buraxmadığı üçün Rusiyanı qınayan qətnamə qəbul edib.

Avropa.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Ukrayna tərəfindən hazırlanan sənədə 70 dövlət, o cümlədən AB, Kanada, ABŞ, Türkiyə və Yaponiya səs verib. 26 ölkə (Rusiya, Belarus, Venesuela, İran, Qazaxıstan, KXDR, Suriya) qətnamənin əleyhinə səs verib. 77 dövlət bitərəf qalıb.

Qətnamənin mətnində yarımadanın sakinləri Krım tatarlarına, ukraynalılara, o cümlədən etnik və dini qruplara qarşı diskriminasiya tədbirləri, insan haqlarının pozulmasında ittiham olunur. BMT üzvləri Rusiyanı bu hallara son qoymağı, "Krım-tatar məclisi”ni ekstremist təşkilat elan edən qanunu ləğv etməyə çağırıb.

Sənəd tövsiyə xarakteri daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru