“Avropa İttifaqı (Aİ) və ABŞ arasında Rusiya əleyhinə yeni sanksiyalar paketi razılaşdırılıb və yaxın günlərdə qəbul ediləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
O qeyd edib ki, Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıdışından sonra ilk dəfə olaraq Vaşinqton tərəfindən təsdiqlənib.
Xatırladaq ki, sentyabrın 19-da Avropa Komissiyası yeni məhdudiyyətlərlə bağlı təklifini təqdim edib.