Türkiyə ilə Misir arasında 13 ildən sonra ilk hərbi təlimlər keçirilir
Bu gün, 00:10
Türkiyə ilə Misir arasında "Dostluq dənizi" adlı hərbi təlimlər başlayıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, Şərqi Aralıq dənizində baş tutan təlimin məqsədi tərəflər arasında ikitərəfli əməkdaşlığın inkişafı və qarşılıqlı əməkdaşlığı gücləndirməkdir.
Sentyabrın 22-də başlayan təlimlər dörd gün davam edəcək.
Bildirilib ki, bu, 13 ildən sonra Türkiyə ilə Misir arasında ilk hərbi təlimdir.