Məşhur müğənninin maşınından meyit tapıldı

Bu gün, 12:34           
Məşhur müğənninin maşınından meyit tapıldı
Amerikalı məşhur müğənni Devid Entoni Berkin avtomobilindən meyit tapılıb.

Referans xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Sentyabrın 8-də Los-Ancelesdə yerləşən cərimə meydançasında park edilmiş avtomobildən gələn pis qoxu ilə bağlı polisə məlumat verilib. Araşdırma zamanı Devidin adına qeydiyyatda olan "Tesla" markalı avtomobilin ön baqajında çantaya qoyulmuş insan cəsədi aşkarlanıb.

Ekspertiza nəticəsində meyitin 5 aprel 2024-cü ildə Kaliforniyanın Leyk-Elsinor şəhərində itkin düşmüş Səlest Rivas adlı qadına aid olduğu təsdiqlənib.

Müğənni hazırda hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edir, lakin onun bu hadisədəki rolu hələlik araşdırılır.

Bu hadisədən sonra onun ABŞ üzrə “Withered” adlı turunun qalan bütün konsertləri ləğv edilib, "Crocs" və "Hollister" brendləri müğənni ilə əməkdaşlığı dayandırıb.

Qeyd edək ki, Devid “Here With Me” və “Romantic Homicide” kimi hitləri ilə tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru