Tramp "TikTok"un ABŞ-dəki aktivlərinin potensial sahiblərinin adlarını açıqladı
Bu gün, 16:04
"Milyarderlər Larri Ellison, Maykl Dell və Mördok ailəsi Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" sosial şəbəkəsinin alınması üzrə sövdələşmənin investorları arasındadır".
Bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
Tramp qeyd edib ki, sövdələşmə külli miqdarda məbləği əhatə edir.
Xatırladaq ki, Larri Ellisonun sərvəti 370 milyard dollar, Maykl Dellin varidatı 140 milyard dollar, Merdokların sərvəti isə 24 milyard dollar həcmində qiymətləndirlir.