Modi Hindistan vətəndaşlarını xarici məhsulları boykot etməyə çağırıb Bu gün, 16:08 Hindistanın Baş naziri Narendra Modi ABŞ ilə artan ticarət gərginliyi fonunda ölkə vətəndaşlarını xarici malların alınmasını dayandırmağa çağırıb.Bu barədə "The India Today" məlumat yayıb.O, hindlilərin hər gün istifadə etdikləri məhsulların çoxunun xaricdə istehsal olunduğunu etiraf edib."Onları almağı dayandırmalıyıq... Xalqa lazım olan məhsullar Hindistanda hazırlanmalıdır", - deyə baş nazir vurğulayıb. Facebook-da paylaş