İranlı millət vəkili: "Biz mümkün qədər tez nüvə silahı əldə etməliyik"

Bu gün, 15:58           
İranlı millət vəkili: "Biz mümkün qədər tez nüvə silahı əldə etməliyik"
"Tətik mexanizminin işə düşməsi İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə razılaşmalarının faktiki ləğvi deməkdir və bundan sonra agentlik ilə əməkdaşlığımız sıfıra bərabər olacaq".

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani bildirib.

O, vurğulayıb ki, İran mümkün qədər tez nüvə silahı əldə etməlidir.

Deputatın sözlərinə görə, bəzi millət vəkilləri yaxın günlərdə Nüvə Silahlarının Yayılmaması Sazişindən çıxmaqla bağlı plan təklif edə bilərlər və bu təklif parlamentdə səs çoxluğu ilə qəbul oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru