1953-cü ildə göndərilən açıqca 72 il sonra sahibinə çatdı

Bu gün, 16:47           
1953-cü ildə göndərilən açıqca 72 il sonra sahibinə çatdı
ABŞ-da 1953-cü ildə göndərilən bir açıqça tam 72 il sonra sahibinə çatdırılıb. Bu hekayə itmiş bir poçt məktubunun axtarışına çıxan poçt işçiləri, jurnalistlər və könüllülərin səyləri sayəsində həll olunan qeyri-adi bir sirrə çevrilib.

Qaynarinfo xəbər verir ki, açıqça 1953-cü il iyunun 17-də saat 20:00-da Nyu-Yorkdakı Birləşmiş Millətlər binasından möhürlənib.

Həmin dövrdə 16 yaşlı Alan Ball Ottavadan Nyu-Yorka qatarla gələrək, oradan da Puerto Rikoya təyyarə ilə uçmalı idi. Yola çıxmazdan əvvəl ailəsinə xəbər vermək üçün BMT-nin yeni tikilmiş binasından açıqça göndərib və "Nyu-Yorka qədər gəldim” mesajını yazıb. Lakin açıqça heç vaxt ailəsinə çatmayaraq illər boyu tapılmmayıb

Sirr necə açıldı

Açıqça ötən ay İllinoys ştatının Ottava şəhərindəki poçt şöbəsinə çatdırılıb. Poçt işçiləri alan ünvanında artıq Ball ailəsinin yaşamadığını görüb araşdırma aparmağa başlayıblar.

Yerel jurnalistlərin, şəcərə araşdırıcı könüllülərin və kitabxana arxivlərinin köməyi ilə məktubun göndərəninin bu gün 88 yaşında Aydahonun Sandpoint şəhərində yaşayan Dr. Alan Ball olduğu müəyyən edilib.

"Üzr istəyirik, bir az gecikdi”

Ball açıqçanın tapıldığını eşidəndə əvvəlcə təəccüblə gülməyə başladığını deyib. Ötən həftə Sandpointdəki bir poçt işçisi açıqçanı ona "Üzr istəyirik, bir az gecikdi” sözləri ilə təqdim edib.

Ball gənc yaşlarında çıxışdığı Puerto Riko səyahətini hələ də "həyatını dəyişən bir təcrübə” kimi xatırladığını bildirib.

Nəhayət, 72 il gecikmə ilə də olsa, o gün ailəsinə çatmalı olan mesaj nəhayət sahibinə qovuşub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru