Nyu-York aeroportunda qadın jurnalist təcavüzə uğradı — VİDEO

21-12-2016, 09:39           

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinin aeroportunda qadın jurnalist təcavüzə uğradığını bildirib.

Ölkə.Az xəbər verir ki, CNN kanalının müxbiri Angelina Rye bildirib ki, aeroportun təhlükəsizlik xidmətinin əməkdaşı onun üstünü yoxlayarkən nalayiq hərəkətlərə yol verib. Təhlükəsizlik əməkdaşı əlləri ilə onun cinsi orqanına toxunub.

Bu hadisədən sonra qadın özünü təhqir edilmiş hiss edib və ağlamağa başlayıb. Hadisədən sonra Angelina aeroport işçisi barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

Hadisə ilə əlaqədar araşdırma başlanılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru