Yaqut və sapfir yağışlı planet kəşf edildi

21-12-2016, 10:06           
Yaqut və sapfir yağışlı planet kəşf edildi
Astronomlar üzərində mütəmadi olaraq yaqut və sapfir yağışı yağan planet aşkar ediblər.

teref.az-nun Trend-ə istinadən verdiyi məlumata görə, bu “qiymətli” planet bizim Günəş sistemimizdən çox uzaqda yerləşdiyindən və ora kosmik aparatları göndərmək mümkün olmadığından onu yalnız xüsusi teleskopların köməyi ilə müşahidə etmək olur. Bu planet Yupiterə bənzəyir.

Alimlər dörd il davam edən müşahidələrdən sonra aydınlaşdırıblar ki, planetin atmosferində daim soyuq hava kütlələrlərini və buludları gətirən küləklər tüğyan edir.

Astronomların fikrincə, bu buludlar yaqut, sapfir və digər qiymətli daşların tərkibinə daxil olan kordun birləşmələri ilə zəngindir. Bu buludlar planetin “günəşli” tərəfini qapayaraq atmosferi soyudub “yaqut” və “sapfir” damcıları əmələ gətirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru