Ayətulla Amili " Ərdoğanın qələbəsi, İslamın məğlubiyyətidir"

16-06-2015, 13:33           
Ayətulla Amili " Ərdoğanın qələbəsi, İslamın məğlubiyyətidir"
“Türkiyə dövləti Orta Şərq rəhbərliyini qeyri-düzgün yolla ələ keçirmək istəyirdi”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə iranlı Ayətullah Amili çıxış edib.

Onun sözlərinə görə, Türkiyədəki seçkilərdə qazanılmış qələbə islamın məğlubiyyətidir:

“Onlar dindən, insanların canından, terrorçuluqdan və şiə-sünni ixtilafından bir alət kimi istifadə edərək İranın məzhəb plüralizmi simasını zədələdilər. Türkiyədəki seçkinin nəticəsi islamın məğlubiyyətidir. Türkiyə dövləti Osmanlı imperiyasından açıqca danışır və qərblilərin hərəkətlərinə irad tutmur. Mütəmadi olaraq İranı fars imperiyasının bərpasında ittiham edirlər, halbuki, İranda belə bir davranışın izi də görsənmir”.

Qeyd edək ki, Amili bir müddət öncə Azərbaycanı da tənqid edərək Şah İsmayılın bütöv İranı qurmaq üçün savaşdığını bildirmişdi. İsmayılı İran şahı adlandıran Amili Azərbaycanın bu adı guya zorla mənimsəməyə çalışdığını söyləmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.