Qırğızıstanda bənd uçdu, 950 nəfər təxliyə edildi

28-06-2025, 11:37           
Qırğızıstanda bənd uçdu, 950 nəfər təxliyə edildi
Qırğızıstanın Çuy vilayətinin İssık-Ata rayonunda dağ gölündə bəndin uçması səbəbindən 950 nəfər təxliyə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yüksək dağlıq Takır-Tor gölündə suyun həcmi təqribən 450-500 min kubmetrə çatıb.

Bəndin uçması iki kənd arasındakı körpünün dağılmasına səbəb olub. Bu, ərazidə nəqliyyatın hərəkətinə maneə törədib.

Bildirilir ki, təxliyə edilənlər iki qonşu kəndə aparılaraq məktəblərə, məscidlərə, icma mərkəzlərinə və internat məktəbinə yerləşdiriliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru