Kriptovalyuta xidmətlərindən 2 milyard dollar oğurlanıb

28-06-2025, 12:27           
Kriptovalyuta xidmətlərindən 2 milyard dollar oğurlanıb
2025-ci ilin birinci yarısında azı 75 müxtəlif haker hücumu nəticəsində 2.1 milyard dollardan çox vəsait oğurlanıb.

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu, 2022-ci ilin birinci yarısında qeydə alınmış öncəki rekorddan 10% çoxdur və demək olar ki, bütün 2024-cü il üçün oğurlanmış vəsaitlərin ümumi məbləğinə bərabərdir.

Kibercinayətkarlıq üzrə ixtisaslaşmış "TRM Labs" blokçeyn analitik şirkətinin hesabatına əsasən, bu məlumatlar rəqəmsal aktivlər sahəsində təhdidlərin artan konsentrasiyasını vurğulayır. Mütəxəssislər, həmçinin getdikcə daha strateji və geosiyasi motivlərə malik olan hakerlərin xarakterində keyfiyyət dəyişikliyinə diqqət çəkiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru