Şəxsi hesablar kütləvi şəkildə oğurlanır - XƏBƏRDARLIQ/VİDEO

28-06-2025, 12:38           
Şəxsi hesablar kütləvi şəkildə oğurlanır - XƏBƏRDARLIQ/VİDEO
Son vaxtlarda "Telegram" hesablarının oğurlanması yenidən kütləvi hal alıb.

TEREF"Xəzər Xəbər"ə istinadla xəbər verir ki, dələduzlar oğurlanan hesabların sahibinin adından yaxınlarından borc pul istəyirlər və ya kart həsablarına giriş əldə edirlər.

İKT mütəxəssisi Əmrah Mövsümov deyir ki, "Telegram" hesablarının oğurlanması daha çox fişinq hücumları vasitəsilə həyata keçirilir.

Mütəxəssis bildirir ki, kiberdələduzların toruna düşməmək üçün şəxsi səhifələr ən güclü şəkildə qorunmalıdır.

Elektron Təhlükəsizlik Xidməti də "Telegram" hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, hazırda vətəndaşların "Telegram" hesablarının ələ keçirilməsi halı müşahidə olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru