BELARUSDA IKI QIZI ZORLAYAN KIŞI GÜLLƏLƏNDI
5-05-2017, 23:33

Belarusda 2016-cı il mayın 19-da barəsində edam hökmü çıxarılan Qomel sakini güllələnib.
PRESSDAY.az Belarus mediasına istinadən xəbər verir ki, o iki qızı zorlamaqda, seksual xarakterli zorakılıqda, eləcə də adam oğurlayın xüsusi amansızlıqla öldürməkdə ittiham olunurdu.
Məlumata görə, Ostrikovun anası onunla axırıncı dəfə həbsxanada aprelin 5-də görüşüb.
O, buna qədər Qomeldə “Steklolyuks” firmasında işləyəndə soyğunçuluq etdiyinə məhkum olunub.
2014-cü il iyulun 15-də özünün ad günündə bu firmanın Alesya adlı əməkdaşı yoxa çıxıb. Üstündən bir il ötəndən sonra, mayın 15-də Alevtina adlı ikinci əməkdaş itib.
Qızların oğurlanması ilə bağlı Ostrikovdan şübhələniblər. Ona görə ki, hər iki halda yoxa çıxanların mobil telefonları şübhəlinin qarajı yerləşən rayonda söndürülüb.
İstintaq zamanı müəyyən edilib ki, Ostrikov Alevtinanı işə qədər ötürməyi, Alesyaya isə ad gününü birlikdə keçirməyi təklif edib. O hər iki qadını qaraja aparıb zorlayaraq öldürüb.
Qeyd edək ki, Ostrikov bu il Belarusda edam olunan ilk cinayətkardır.