Tramp: “ABŞ ətraf mühitin qorunmasında dünya lideri qalmaqda davam edəcək”

2-06-2017, 08:12           
Tramp: “ABŞ ətraf mühitin qorunmasında dünya lideri qalmaqda davam edəcək”
ABŞ ətraf mühitin qorunması məsələlərində dünya lideri olaraq qalacaq. APA-nın “RİA Novosti”yə istinadın verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“ABŞ ətraf mühitin qorunmasında dünya lideri qalmaqda davam edəcək, mən bunu təmin etməyə çalışacan”, - deyə Tramp Ağ Evdə çıxışı zamanı bildirib.

“ABŞ, Tramp administrasiyası dövründə də dünyanın ən təmiz və ətraf mühitə xeyirxahcasına yanaşan ölkə olaraq qalacaq”, - deyə o bildirib və ölkədə sürətli iqtisadi artımın təmin ediləcəyini vəd edib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru