Bəşər Əsəd: "Əsirlikdə olan bütün Suriya vətəndaşları və hərbçiləri azad ediləcək"

2-06-2017, 08:15           
Bəşər Əsəd: "Əsirlikdə olan bütün Suriya vətəndaşları və hərbçiləri azad ediləcək"
Suriya prezidenti Bəşər Əsəd quldur dəstələrinin əsirliyində olan bütün hərbçiləri və girov götürülmüş dinc sakinləri azad etmək niyyətindədir.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu o, SANA agentliyinin cümə axşamı verdiyi məlumata görə, Dəməşqdə paytaxtın şimal qəsəbəsi Bərzedə azad edilən 34 Suriya vətəndaşı ilə görüşü zamanı deyib.
"Hər həftə və ya ay əsirlərlə mübadilə nəticəsində Suriya hakimiyyəti girov götürülmüş insanları əsirlikdən çıxarmağa müvəffəq olur", - deyə Əsəd qeyd edib.
Onun sözlərinə görə, "döyüş hələ bitməyib və göstərilən səylərə baxmayaraq, terrorçuların əlində dövlətin mütləq azad etməli olduğu minlərlə suriyalı qalmaqdadır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru