Suriya danışıqları başladı: ÖLKƏ BÖLÜNÜR

4-07-2017, 21:09           

Qazaxıstanın paytaxtı Astanada Suriyada atəşkəs rejiminin zaminləri olan Rusiya, Türkiyə və İranın nümayəndələrinin yer aldığı işçi qrupunun iclası başlanıb.

Hurriyyet.org TASS agentliyinə istinadən xəbər verir ki, iclasda müzakirə olunacaq əsas məsələ təhlükəsiz zonalarının sərhədlərinin uyğunlaşdırılmasıdır.

İclasın gündəliyində həmçinin tarixi-mədəni obyektlərin minalardan təmizlənməsi və milli barışıq üzrə komitənin yaradılması mövzuları var.

Öz növbəsində, Qazaxıstanın xarici işlər naziri Kayrat Abrmaxmanov bildirib ki, yekun sənədlər təhlükəsizlik zonaları haqqında memorandumla bağlı olacaq.

“Əgər zamin ölkələr yekun sənədləri uyğunlaşdıra bilsələr, onların məzmunu əsasən dörd təhlükəsiz zonanın yaradılması haqqında memorandumun reallaşdırılması ilə bağlı olacaq”, - o deyib.

Daha əvvəl danışıqlardan xəbərdar olan mənbə “İnterfaks” agentliyinə bildirib ki, Suriyada qurulması planlaşdırılan dörd təhlükəsizlik zonasından ikisinin sərhədləri artıq müəyyən edilib.

“Türkiyə şimal zonaları üzərində nəzarətdə maraqlıdır. Amma bu zonaların sərhədləri ilə bağlı hələlik razılıq yoxdur. İkinci və üçüncü təhlükəsizlik zonalarının sərhədləri müəyyən edilib. Bunlar Şərqi Guta və Xoms vilayətinin bir hissəsidir”, - agentliyin həmsöhbəti deyib.

O qeyd edib ki, Suriyanın cənubunda dördüncü zonanın sərhədlərinin müəyyən olunması ilə bağlı danışıqlar davam edir. Agentliyin həmsöhbətinin sözlərinə görə, Suriyanın cənub hissəsində loyal müxalifət olduğu üçün dördüncü zonanın sərhədlərinin müəyyən edilməsi çətinliklər yaradır.

“Bu rayonu bölmək və sərhədləri müəyyən etmək çox çətindir”, - o vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.