“Kütləvi şəkildə "gey"ləşmə prosesi gedir” - Azərbaycanlı hüquqşünas Elm və Təhsil Nazirliyinə səsləndi

Bu gün, 12:52           
“Kütləvi şəkildə "gey"ləşmə prosesi gedir” -
Dedektiv yazıçı və hüquqşünas Müşfiq Abbasov cəmiyyətdə baş verən sosial dəyişikliklərlə bağlı diqqətçəkən açıqlama verib.

O, televiziya kanalları və sosial media platformalarında yayımlanan bəzi həyat tərzlərinin gənc nəslə mənfi təsir göstərdiyini bildirib.

32gun.az Müşfiq Abbasovun fikirləri təqdim edir:

"Ölkədə kütləvi şəkildə "gey"ləşmə prosesi gedir. Fikir verirəm ki, bütün televiziya kanalları, azdan-çoxdan izləyici kütləsi olan şəxslər bu cür insanları təbliğ edir. Bu 'gey'lər bahalı həyat tərzi, bahalı maşınlar, səfərlər və s. həyatlarını nümayiş etdirir və çoxusu da onlara alqış verir.

Bu "gey"ləşmənin ən böyük səbəblərindən biri orta məktəblərdə kişi müəllimlərin olmamasıdır. Məsələn, mənim anadan olduğum Tovuz rayonunun Əyyublu kəndindəki 4 məktəbdə üst-üstə 250-dən çox müəllim var, onların cəmi 15-i kişidir.

Artıq kişi müəllimlər abır-həya edib müəllimlər otağına da girmirlər, çünki bir-iki kişi 50 qadın müəllim arasında nə edə bilər? Bax, Təhsil Nazirliyi bunu düşünməli və bu məsələnin həlli üçün yollar axtarmalıdır.

Oğlan uşaqları da qadın müəllimlər arasında kişi kimi yetişə bilmirlər."

Yazıçı hesab edir ki, bu məsələ təkcə təhsil sahəsinin deyil, ümumilikdə cəmiyyətin gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.