Perunun şimalındakı Barranka bölgəsində 3500 illik qədim şəhər aşkar edilib.
Bu barədə BBC məlumat verib.
Mütəxəssislər bildirilər ki, paytaxt Limadan təxminən 200 kilometr şimalda, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən şəhər eramızdan əvvəl 3000-ci illərə aiddir.
Qeyd olunur ki, bu dövr Mesopotamiya, Misir, Hindistan və Çində ilk böyük sivilizasiyaların yüksəliş dövrünə təsadüf edir. Hələlik ərazidə geniş arxeoloji qazıntılar aparılmadığı qeyd olunur.