Avropada yeni dövlət yaranır

23-07-2015, 15:24           
Avropada yeni dövlət yaranır
Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Mustafa Akıncı yunanlar və türklərin ortaq quracağı yeni dövlətə “Birləşmiş Kipr Federasiyası” adı veriləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, prezdent ortaq polis təşkilatı qurulacağını deyib. Onun sözlərinə görə, ordu qurulması məsələsi isə hələ müzakirə olunmayıb.

Kipr sülh hərəkatının 41-ci ildönümü münasibətilə keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandıran Akıncı may ayından bəri davam edən sülh danışıqlarının detallarını açıqlayıb.

* Torpaq mövzusunda türk və yunanların bölgüsü sona saxlanılacaq.

* Federasiya Kipr türk və yunan qurucu dövlətlərindən ibarət olacaq. Hər dövlətin öz vətəndaşlığı olacaq.

* Yeni federal dövlətin alt və üst olmaqla iki parlament qanadı olacaq.

* Kiprli türklər və yunanlar istədikləri bölgədə yaşaya biləcək.

* Hər iki xalqın nümayəndəsinin Avropa Parlamenti seçkilərində seçmə və seçilmə hüquqları olacaq. Ancaq yaşadıqları dövlətdə federal parlamentə gedəcək millət vəkilləri üçün seçmə, ya da seçilmə haqqı olmayacaq (yunanlar türklərdən 4 dəfə çoxdur).

* Federal dövlətin polis qüvvələri 40%-i türklərdən, 60 %-i yunanlardan ibarət olacaq (bu bənd hələ dəqiq deyil).

* Milli ordu olub-olmayacağı müzakirə edilir. Ordu olmaya bilər.

* Tərəflər Aralıq dənizinin şərqində yerləşən qaz yataqlarını müzakirə edir. Problem çıxacağı təqdirdə qazma işləri dayandırılacaq.

* Federal dövlətin milli bayramları (20 iyul Barış hərəkatı ildönümü, KKTC-nin yaradılması günü kimi) hələ müzakirə edilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.